"Məşğulluq marafonu" proqramı ilə işlə təmin olunan şəxslərin sayı açıqlanıb

"Məşğulluq marafonu" proqramı ilə işlə təmin olunan şəxslərin sayı açıqlanıb ""Məşğulluq marafonu" avqust ayında elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edib".
Sosial müdafiə
8 Dekabr , 2021 12:55
Məşğulluq marafonu proqramı ilə işlə təmin olunan şəxslərin sayı açıqlanıb
Sahil Babayev

""Məşğulluq marafonu" avqust ayında elan olunub. İndiyədək 600-ə yaxın işəgötürən proqrama qoşulub və 3760-dən çox vakansiya elan edib".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycan Karyera İnkişaf Forumu"nda deyib.

Onun sözlərinə görə, bu günədək 1300-dək şəhid ailə üzvü və qazi marafon çərçivəsində işlə təmin edilib: "Vətən miharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri və qazilər tək məşğulluq marafonu ilə yox, həm də özünəməşğulluq proqramları ilə əhatə olunublar. 6000-dən çox ailə özünəməşğulluq, ictimai işlər proqramı və işədüzəltmə məqsədli proqramlara cəlb olunub.

Ümumilikdə, 8000-dən çox şəhid ailəsi, müharibə əlilləri məşğul proqramları ilə təmin olunub və bu proses davam edəcək".

Son xəbərlər

Orphus sistemi