Nazir ədliyyə sektoruna xidmətə təyinat alan gənclərlə görüşüb

Nazir ədliyyə sektoruna xidmətə təyinat alan gənclərlə görüşüb Ötən dövrdə ümumilikdə 800-dən cox gənc mütəxəssis Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub
Sosial müdafiə
21 Noyabr , 2016 20:06
Nazir ədliyyə sektoruna xidmətə təyinat alan gənclərlə görüşüb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu gün ədliyyə sistemində çalışan işçilərin demək olar ki, hər ikisindən birini gənclər təşkil edir. Ədliyyə orqanlarına qulluğa qəbul mütəmadi xarakter daşıyır və son illər şəffaf seçimlər əsasında 2 minə yaxın gənc ədliyyənin müxtəlif sahələrinə işə qəbul olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Penitensiar Xidmətin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədi ilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyası ilə bağlanılmış müqaviləyə əsasən Akademiyada Penitensiar xidmət üçün mütəxəssislər hazırlanaraq nazirliyin sərəncamına göndərilir. Ötən dövrdə ümumilikdə 800-dən cox gənc mütəxəssis Penitensiar Xidmətdə orta rəis heyətinə qulluğa qəbul olunub və hazırda onlar səmərəli fəaliyyətləri ilə fərqlənirlər.

Ədliyyənin müxtəlif sahələrinə, o cümlədən Penitensiar xidmətə təyinat alan bir qrup gənclə ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemdə aparılan islahatlardan danışıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.

Sonra tədbirdə iştirak edən Nazirliyin aidiyyəti idarələrinin rəhbərləri tərəfindən gənclərə bilavasitə xidməti fəaliyyətləri ilə bağlı zəruri məsləhətlər verilib, təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə təntənəli qaydada and içiblər.

Son xəbərlər

Orphus sistemi