Nazir: "Əcnəbilərlə bağlanan 9962 əmək müqaviləsi qeydiyyatdadır"

Nazir: "Əcnəbilərlə bağlanan 9962 əmək müqaviləsi qeydiyyatdadır" Azərbaycana gələn miqrantların sayının artmasının başlıca səbəbi sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir.
Sosial müdafiə
13 Sentyabr , 2019 12:07
Nazir: Əcnəbilərlə bağlanan 9962 əmək müqaviləsi qeydiyyatdadır
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev / Report / Elchin Murad

"Azərbaycana gələn miqrantların sayının artmasının başlıca səbəbi sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması, demokratik institutların genişlənməsi, ölkə iqtisadiyyatının inkişafı və əhalinin yaşayış səviyyəsinin yüksəlməsidir".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev BMT-nin Bütün əməkçi miqrantlar və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi üzrə Komitəsinin iclasında deyib.

Nazir bildirib ki, 2018-ci ildə iş icazəsi əsasında ölkədə işləyən əcnəbilərin sayı 7000 nəfərə yaxın olub: "Bu da 2003-cü illə müqayisədə 4 dəfə çoxdur. Hazırda Nazirliyin Əmək Müqaviləsi Bildiriş Sistemində əcnəbilərlə bağlanmış 9962 əmək müqaviləsi qeydiyyatdadır".

S.Babayev qeyd edib ki, Azərbaycanda miqrasiya sahəsində çox geniş qanunvericilik bazası yaradılıb: "Qanunvericilikdə də hər hansı bir ayrı-seçkiliyə, diskriminasiyaya yol verilməsi qadağan olunub. Azərbaycanda əməkçi miqrantçıların Azərbaycan vətəndaşlarının hüquqları ilə bərabər səviyyədə tanınır. Azərbaycanda qaçqın və məcburi köçkünlər əhalinin 10 faizdən çoxunu təşkil edir. Miqrasiya məsələsində ən əsas məsələ cəmiyyətin tolerantlığı, nanoetnik dəyərlərdən kənar durmasıdır. Bu baxımdan, Azərbaycan dünyaya nümunə göstərilə biləcək ölkələrdəndir".

Orphus sistemi