Nazir: "Azərbaycanda 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub"

Nazir: "Azərbaycanda 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub" Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycanda 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub.
Sosial müdafiə
23 Dekabr , 2017 15:53
Nazir: Azərbaycanda 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov / Report

Bakı. 23 dekabr. REPORT.AZ/ "Azərbaycanda 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub".

"Report"un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində qeyd olunub.

Nazir bildirib ki, Dünya Bankının Azərbaycanın sosial müdafiə sistemi ilə bağlı apardığı araşdırmalar nəticəsində bu sistemin ölkə əhalisinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə etdiyi və yoxsulluğun azaldılmasında mühüm rol oynadığı müəyyən olunub: "2017-ci ilin 9 ayında bu sistem vasitəsilə 1 milyon 330 min nəfər əmək pensiyası, 451 min nəfər aylıq və birdəfəlik sosial müavinət, 59,3 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı, 16,3 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilib. Göründüyü kimi, 2,3 milyona yaxın insan sosial müdafiə sistemi ilə əhatə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu vasitəsilə hər ay bu istiqamətlər üzrə 326 milyon manatdan çox vəsait yönəldilir".

Son xəbərlər

Orphus sistemi