Nazir: "Azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək"

Nazir: "Azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək" “Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reablitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımız məşğulluğu təmin ediləcək”.
Sosial müdafiə
3 Noyabr , 2022 11:11
Nazir: Azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək
Sahil Babayev

“Cəbrayılda regional “DOST” Mərkəzinin, Kəlbəcərdə Reablitasiya Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, azad edilən ərazilərdə yaşayan vətəndaşlarımızın məşğulluğu təmin ediləcək”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

Azərbaycanın inkişafını xarakterizə edən bir çox parametrlərin mövcudluğunu bildirən nazir vurğulayıb ki, əhalinin rifah halının yaxşılaşdırılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində durub.

O xatırladıb ki, 2019-cu ildən bu günə qədər 3 sosial islahatlar paketi həyata keçirilib. Onun sözlərinə görə, bu müddət ərzində orta pensiya 80 faiz artıb:

"Çox nadir ölkə göstərə bilərik ki, belə böyük nailiyyətlər əldə edə bilsin. Həmçinin Prezident İlham Əliyev tərəfindən qazilərə, şəhid ailələrinə diqqətin göstərilməsi üçün tapşırıqlar verilib. 4 min ailəyə evlər, mənzillər verilib. 21 min müharibə iştirakçısı, şəhid ailəsi özünəməşğulluq tədbirləri ilə əhatə olunub. Azərbaycan dövləti olaraq bizim icra etdiyimiz proqramların əhatə dairəsi genişdir".

Son xəbərlər

Orphus sistemi