Yuxarı

Nazir: "73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri 122 manata yüksələcək"

Nazir: "73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri 122 manata yüksələcək"

Bakı. 27 noyabr. REPORT.AZ/ “Növbəti ildən pensiyaya çıxacaq şəxslərə 25 il stajın verilməsi onların böyük bir əksəriyyətində pensiya təminatının yaranmasına imkan yaradacaq. Gələn il 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, təqribən, 38 min insanın aylıq gəliri 48 faiz, 45 min nəfərin pensiyaları isə 35 faiz artacaq: “Gələn ildən başlayaraq hər il pensiya təminatı avtomatlaşdırılmış şəkildə aparılacaq. Pensiya sahəsində inqilabi bir dəyişiklik olacaq. Bunlar gələn ildən pensiyaya çıxacaq şəxslərə aid olacaq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi