Naxçıvanın inkişafındakı xidmətlərinə görə ötən il təltif olunan şəxslərin sayı açıqlanıb

Naxçıvanın inkişafındakı xidmətlərinə görə ötən il təltif olunan şəxslərin sayı açıqlanıb 111 nəfər Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunub
Sosial müdafiə
30 Yanvar , 2016 11:48
Naxçıvanın inkişafındakı xidmətlərinə görə ötən il təltif olunan şəxslərin sayı açıqlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının inkişafındakı xidmətlərinə görə ötən il təltif olunan şəxslərin sayı açıqlanıb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyevin sərəncam və fərmanları ilə Muxtar Respublikanın inkişafındakı xidmətlərinə görə, ötən il 111 nəfər Azərbaycanın müxtəlif orden, medal və fəxri adları ilə təltif edilib, 6 nəfərə ali hərbi rütbə, 1 nəfərə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu verilib, 1 nəfər Prezident təqaüdünə, 8 nəfər isə Prezident mükafatına layiq görülüb.

Həmçinin 31 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilib, 2 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 56 nəfər “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub, 2 nəfər Naxçıvan Muxtar Respublika mükafatına, 2 nəfər gənc istedad isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər. 

Son xəbərlər

Orphus sistemi