Yuxarı

​Naxçıvanda əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı azalır

2014-cü ildə bu rəqəm 100, ötən il 70 nəfər azalıb

Bakı. 28 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində tibbi-sosial ekspert komissiyasına göndərişlərin sayı azalır.

"Report" muxtar respublikanın Səhiyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, 2015-ci ildə səhiyyə müəssisələri tərəfindən əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı əvvəlki illə müqayisədə 70 nəfər azalıb.

Qeyd edək ki, 2014-cü ildə bu cür göndərişlərin sayı əvvəlki illə müqayisədə 100 nəfər azalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi