Mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması təklif edilir

Mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması təklif edilir Həmçinin qəyyumluq və himayə orqanlarının yeni əsasnaməsinin qəbul edilməsi də tövsiyə olunub
Sosial müdafiə
128
2 Mart , 2015 13:14
Mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması təklif edilir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirən yeni xidmətin yaradılması təklif edilir. "Report"un xəbərinə görə, Ombudsmanın 2014-cü il üçün illik məruzəsində qeyd olunub ki, boşanmaların və məişət zorakılığının qarşısının alınması məqsədilə mübahisəli ailələrdə barışdırıcı missiyanı həyata keçirmək üçün müvafiq dövlət qurumlarında ixtisaslaşmış psixoloji xidmət təşkil edilməlidir.

İllik məruzədə eyni zamanda "Uşaqların istirahətinin təşkili haqqında" qanun layihəsinin qəbulunun sürətləndirilməsi də təklif edilib.

Bundan başqa, hesabatda yerli icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların fəaliyyətinin təkmilləşdirilməsi, qəyyumluq və himayə orqanlarının yeni əsasnaməsinin qəbul edilməsi də tövsiyə olunub.

Həmçinin qanunvericilik aktlarında "azyaşlı", "uşaq", "yeniyetmə" və "gənc" anlayışlarının yaş həddinə görə müəyyən edilməsi, ahılların cəmiyyətin həyatında iştirakının artırılmasına yönəlmiş proqramların həyata keçirilməsi də təklif olaraq irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi