Yuxarı

Milli Preventiv Qrupun üzvləri Abşeron Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkib

Milli Preventiv Qrupun üzvləri Abşeron Polis İdarəsinin müvəqqəti saxlama yerinə baş çəkib

Bakı. 12 noyabr. REPORT.AZ/ Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq etmədən Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə həyata keçirilib.

Bu barədə "Report"a Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda Abşeron RPİ-nin müvafiq xidmət üzrə rəhbər vəzifəli şəxsləri və MSY əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi