Milli Məclisin deputatları Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb

Milli Məclisin deputatları Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və üzvləri, deputatlar - Əli Hüseynli, Çingiz Qənizadə və Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin rəhbərliyi ilə görüşüblər.
Sosial müdafiə
25 Yanvar , 2018 17:19
Milli Məclisin deputatları Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşüb
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və üzvləri, deputatlar - Əli Hüseynli, Çingiz Qənizadə və Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin rəhbərliyi ilə görüşüblər.

Vəkillər Kollegiyasından "Report"a verilən məlumata görə, görüşdə VK-nın sədri Anar Bağırov son aylar ərzində görülmüş işlər, xüsusilə vəkilliyə qəbul imtahanlarına hazırlığın vəziyyəti, vəkilliyə namizədlərin tərkibinə dair statistika barədə məlumat verib, habelə vəkillik fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsi üzrə gələcəkdə vəkillik haqqında qanunvericiliyin təkmilləşdirilməsinə dair bir sıra təkliflər verib.

Həmçinin görüş ərzində deputatlar ölkəmizdə ödənişsiz hüquqi yardımın vəziyyəti, Vəkillər Kollegiyasının fəaliyyətinin daha da səmərəliləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması, Kollegiyanın gələcək planları, qarşıdan duran problemlər barədə maraqlanıblar və onların həlli istiqamətində təkliflər veriblər.

Ə.Hüseynli növbəti dövrdə Vəkillər Kollegiyasının fəaliyyətinin daim diqqətdə saxlanılmasının mühüm olduğunu vurğulayaraq gələcəkdə Komitə ilə Kollegiya arasında təmasların daha intensiv formada qurulmasının əhəmiyyəti barədə fikirlərini bildirib. Eyni zamanda deputatlar - Qüdrət Həsənquliyev və Çingiz Qənizadə vəkilliyin gələcək inkişafı, bu peşənin əhəmiyyəti barədə maraqlı fikirlər səsləndirib, konstruktiv təkliflər irəli sürüblər.

Sonda xatirə şəkili çəkdirilib.

Son xəbərlər

Orphus sistemi