MİDA və "AzerGold" müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edib

MİDA və "AzerGold" müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edib Bu il hüquqi şəxslər qismində müəllif hüquq obyektinin qeydiyyatdan keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edən bir neçə qurumun adı açıqlanıb.
Sosial müdafiə
26 Sentyabr , 2019 12:33
MİDA və AzerGold müəlliflik hüququ ilə bağlı Əqli Mülkiyyət Agentliyinə müraciət edib

Bu il hüquqi şəxslər qismində müəllif hüquq obyektinin qeydiyyatdan keçirilməsi üçün Əqli Mülkiyyət Agentliyinə müraciət edən bir neçə qurumun adı açıqlanıb.

Agentliyin Mətbuat katibi Elnur Məmmədli "Report"un sorğusuna cavab olaraq bildirib ki, cari il hüquqi şəxslər qismində müəllif hüquq obyektinin qeydiyyatdan keçirilməsi üçün "AzerGold" QSC, "Şahdağ" Turizm Mərkəzi, "Paşa İnşaat" MMC və Azərbaycan Respublikasının Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Əqli Mülkiyyət Agentliyinə müraciət edib.

E.Məmmədli qeyd edib ki, müraciətlərə Əqli Mülkiyyət Agentliyinin müvafiq şöbəsində baxıldıqdan sonra müəllif hüququ obyekti qismində qeydiyyatdan keçirilib və şəhadətnamələr verilib.

Son xəbərlər

Orphus sistemi