Məleykə Abbaszadə Şəkidə vətəndaş qəbulu keçirəcək

Məleykə Abbaszadə Şəkidə vətəndaş qəbulu keçirəcək Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək.
Sosial müdafiə
20 İyun , 2018 17:32
Məleykə Abbaszadə Şəkidə vətəndaş qəbulu keçirəcək
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Şəki şəhərində vətəndaşları qəbul edəcək. 

Qurumdan "Report"a verilən məlumata görə, qəbul iyunun 28-i saat 10:00-da Şəki şəhəri, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prosp.,174 ) keçiriləcək.

Qəbulda Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya DİM-in Şəki Regional Bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, qəbula yazılmaq istəyən vətəndaşlar Qax, Zaqatala, Balakən, Oğuz rayon Təhsil şöbələrində 21-27 iyun 2018-ci il tarixlərində (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi