9 may - Qələbə Günü münasibətilə “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Bu barədə "Report"a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, 10 may tarixindən etibarən isə vətəndaşlar "ASAN xidmət" mobil tətbiqi,
“ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Hazırda 18 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.