May ayı üzrə ünvanlı sosial yardımlar ödənildi

May ayı üzrə ünvanlı sosial yardımlar ödənildi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.
Sosial müdafiə
21 May , 2020 15:24
May ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
0 : 00
0 : 00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.

Nazirlikdən "Report"a bildirilib ki, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.

Hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.

Son xəbərlər

Orphus sistemi