Yuxarı

Lənkəranda “Tarixin canlı səhifələri” adlı III Gənclər Festivalı keçirilir

Festivala ölkəmizdə akkreditasiya olunmuş səfirliklərin nümayəndələri də dəvət olunublar

Bakı. 2 May. REPORT.AZ/ Müdafiə Nazirliyi ve Gənclər ve İdman Nazirliyinin təşkilatçılığı ilə Lənkəranda "Tarixin Canlı Səhifələri" adlı III Gənclər Festivalı keçirilir.

"Report" xəbər verir ki, tədbir Azerbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planına” əsasən keçirilir.

Tədbirdə 1941-45 illər müharibəsində Azərbaycan xalqının həm ön həm də arxa cəbhədə qələbənin əldə olunması üçün müstəsna xidmətləri bədii vasitələrdə tərənnüm olunur.

Tədbirdə Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, Gənclər və İdman naziri Azad Rəhimov, Müdafiə nazirinin müavini Kərəm Vəliyev, Həzi Aslanovun nəvəsi - Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov da iştirak edirlər.

Qeyd edək ki, festivalda iştirak etmək məqsədi ilə Lənkərana Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Qazaxıstan səfirləri də dəvət olunublar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi