Laçın sakini: Şəxsi biznesimi qurmaq üçün mənə hər cür şərait yaradılıb
Sosial müdafiə
- 30 iyul, 2026
- 13:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Laçın rayonunun sakini Azər Qarayev şəxsi biznesini qurmaq üçün bütün şəraitlə təmin edildiyini deyib.
O, "Report"un Laçına ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, yurduna geri döndükdən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət edib:
"Bir nasos, köpük aparatı, su aqreqatı, bir sözlə, avtoyuma üçün nə tələb olunursa, bütün avadanlıqlarla təchiz edildik. Eyni zamanda, biznesim üçün münasib ərazidə yer ayrıldı. Əslində Bakıda da bu işlə məşğul idim. Öz yurdumda işləmək böyük qürur mənbəyidir. Biznesim böyüdükcə gələcəkdə yeni əməkdaşlar da cəlb etməyi düşünürəm".
A.Qarayev həmçinin vurğulayıb ki, bir ildən sonra obyektdə xalçayuma bölməsinin fəaliyyətini də bərpa etməyi planlaşdırır.
Son xəbərlər
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region
02:35
Haaqada gənclərin etiraz aksiyalarında 34 nəfər saxlanılıb
Digər ölkələr