Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq

Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq.
Sosial müdafiə
14 Mart , 2024 16:47
Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq

Kvota iş yerlərinin müəyyən edilməsi prosesi avtomatlaşdırılmış qaydada aparılacaq.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin Qərarı ilə “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün müəssisələrdə müəyyən edilən kvota Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış məlumatlar əsasında həmin e-sistem üzərindən olmaqla, yəni “Əmək və Məşğulluq” altsistemi vasitəsilə real vaxt rejimində aparılacaq.

İşəgötürənlər kvota barədə məlumatı kvota müəyyən edildiyi gündən 5 (beş) iş günü müddətində “e-sosial” internet portalında yaradılmış elektron kabinetləri vasitəsilə əldə edəcəklər.

Beləliklə, əvvəllər Nazirliyin tebeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ildə bir dəfə işəgötürənlərin təhlili aparılır və növbəti il üçün uyğun müəssisələrdə kvota iş yerləri müəyyənləşdirilirdi. Artıq bu proses elektron şəkildə aparılacaq və müəyyənləşdirilən kvota iş yerləri ilə bağlı məlumatlar işəgötürənlərin şəxsi kabinetində yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi