Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub

Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub Kürdəmir. 16 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.
Sosial müdafiə
16 Avqust , 2018 15:19
Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub

Kürdəmir. 16 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə yeni direktor təyin olunub.  

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, İlham Oqtay oğlu Həmidov Dövlət Məşğulluq Xidmətinin Kürdəmir rayon Məşğulluq Mərkəzinə direktor təyin edilib.

Qeyd edək ki, İ.Həmidov 2008-ci ildən 2017-ci ilədək Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, sonuncu təyinatadək Kürdəmir Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi işləyib. 

Xatırladaq ki, İ.Həmidovun təyinatına qədər Kürdəmir rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini müvəqqəti olaraq Tahir Fərhad oğlu İsmayılov icra edib. 

Son xəbərlər

Orphus sistemi