Komitə sədri: "Ailələrdə qadının nüfuzu və statusu qalxır"

Komitə sədri: "Ailələrdə qadının nüfuzu və statusu qalxır" Bu gün ailələrdə qadının nüfuzu və statusu qalxır. Bizi narahat edən ailələrdə zorakılığın və erkən nikahların mövcudluğudur.
Sosial müdafiə
13 Mart , 2019 15:54
Komitə sədri: Ailələrdə qadının nüfuzu və statusu qalxır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova / Report / Firi Salim

"Bu gün ailələrdə qadının nüfuzu və statusu qalxır. Bizi narahat edən ailələrdə zorakılığın və erkən nikahların mövcudluğudur".

"Report"un xəbərinə görə, bunu Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində fəaliyyətə başlayan Qadın Resurs Mərkəzinin açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, Azərbaycanda sahibkarlıq sahəsinə maraq qadınlar arasında da yayılmağa başlayıb: "Ölkəmizdə sahibkarlıq sahəsinə dövlət səviyyəsində çox böyük diqqət var. Eyni zamanda sahibkarlıq inkişaf edir. Bizim istəklərimizdən biri odur ki, Azərbaycan qadınları inkişafdan geri qalmasınlar. İnanıram ki, Qadın Resurs Mərkəzində 83 nəfər qadın yiyələndikləri peşələri inkişaf etdirəcəklər. Məqsədimiz qadınların iqtisadi səlahiyyətlərinin artırılması istiqamətində Mərkəzə xeyli sayda qadının cəlb olunmasına nail olmaqdır".

Son xəbərlər

Orphus sistemi