“ISESCO-nun ASAN mükafatı” təsis olunub

“ISESCO-nun ASAN mükafatı” təsis olunub Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında birgə əməkdaşlıq proqramı imzalanıb.
Sosial müdafiə
25 Oktyabr , 2018 16:32
“ISESCO-nun ASAN mükafatı” təsis olunub
0 : 00
0 : 00

Bakı. 25 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə ISESCO arasında birgə əməkdaşlıq proqramı imzalanıb.

"Report" xəbər verir ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri imzalayıblar.

Əməkdaşlıq proqramına əsasən, qabaqcıl idarəetmə üzrə “ISESCO-nun ASAN mükafatı” təsis olunub. “ISESCO-nun ASAN mükafatı” üzv dövlətlərdə innovasiyaları əks etdirən təcrübələr üçün təqdim olunacaq.

Həmçinin əməkdaşlıq proqramında “ASAN xidmət” və ISESCO tərəfdaşlığını əks etdirən İnkişaf naminə İdarəetmə (G4D) beynəlxalq təşəbbüsünün irəli sürülməsi, şirkətlərin biznes inkişafı və idarəetmələrinin yüksəldilməsi məqsədilə xüsusi “ASAN xidmət” məhsullarının formalaşdırılması nəzərdə tutulur. 

Qeyd edək ki, Dövlət Agentliyi ilə ISESCO arasında əməkdaşlığın əsası 10 noyabr 2017-ci il tarixində xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması ilə qoyulub.

ISESCO-nun 2019-2021-ci illər üzrə üçillik Fəaliyyət Planında üzv ölkələrdə sektoral idarəçilik mexanizminin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın qabaqcıl təcrübəsi olan “ASAN xidmət” modelindən faydalanmaq tövsiyə olunub.

ISESCO-nun Fəaliyyət Planına müvafiq sahə üzrə əməkdaşlıq ilk dəfə olaraq daxil edilib.

Son xəbərlər

Orphus sistemi