“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib

“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib Mart ayında bu xidmətdən faydalanan şəxslərin sayı 15 348-ə çatıb
Sosial müdafiə
6 Aprel , 2016 09:51
“İş yerinə dair arayış” elektron xidməti vasitəsilə 270 minə yaxın arayış verilib

Bakı. 6 aprel. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətindən mart ayında faydalanan şəxslərin sayı yanvar ayı ilə müqayisədə 15,7 faiz, fevral ayı ilə müqayisədə isə 4 faiz artaraq 15 348-ə çatıb.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, vətəndaş öz iş yerinə dair elektron formada arayış əldə etmək üçün “Elektron Hökumət” portalında “Elektron arayışlar” bölməsinə daxil olaraq, müvafiq e-xidməti seçir. Daha sonra öz seçiminə uyğun autentifikasiya vasitəsindən istifadə etməklə iş yerinə dair arayışı avtomatik şəraitdə formalaşdırır. İstifadəçi bu e-arayışları elektron şəkildə aidiyyəti təşkilatlara göndərə və ya çap edərək kağız şəklində də təqdim edə bilər. Arayışın təqdim olunduğu təşkilatlar həmin sənəddə əksini tapan məlumatların düzgünlüyünü yoxlamaq imkanına malikdirlər. Bunun üçün arayışda qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə olunur.

Azərbaycanda kağız formasında arayışların elektron arayışlarla əvəzlənməsi prosesinin xeyli sürətlənməsinə səbəb olan “İş yerinə dair arayış” e-xidməti hazırda ölkədə mövcud olan 12 növ e-arayış xidməti sırasında xüsusi populyarlığı ilə seçilir. 2014-cü ilin dekabrında əhaliyə təqdim olunan bu e-xidmətdən 01 aprel tarixinə artıq 268 809 dəfə istifadə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi