İMF: "Azərbaycan əhalisi 2024-cü ilədək hər il 1 %-dən çox artacaq"

İMF: "Azərbaycan əhalisi 2024-cü ilədək hər il 1 %-dən çox artacaq" Bu il Azərbaycanın əhalisinin sayı ötən ilin sonu ilə müqayisədə 1,2% artaraq 10,222 milyona çatması gözlənilir.
Sosial müdafiə
6 Sentyabr , 2021 18:36
İMF: Azərbaycan əhalisi 2024-cü ilədək hər il 1 %-dən çox artacaq

Bu il Azərbaycanın əhalisinin sayının ötən ilin sonu ilə müqayisədə 1,2 % artaraq 10,222 milyona çatması gözlənilir.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında bildirilir.

Sənədə əsasən, Azərbaycan əhalisinin sayının 2022-ci ildə 10,345 milyona (əvvəlki ilin proqnoz göstəricisinə nisbətdə 1,2 % çox), 2023-cü ildə isə 10,469 milyona (1,2 % çox) çatması proqnozlaşdırılır.

Azərbaycanda işsizlik nisbəti bu il 5,8 %, gələn il 5,7 %, 2023-cü ildə isə 5,6 % səviyyəsində gözlənilir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin sayı 10 milyon 139,2 min təşkil edib ki, bu da illik müqayisədə 4,9 % çoxdur. Ötən il Azərbaycan əhalisinin sayı 0,6 % artaraq 10 milyon 123,4 min nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi