Bakı. 24 dekabr.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” adlı konfransda deyib.
O bildirib ki, Azərbaycan brendi olan "ASAN Xidmət" dünya miqyasında özünü təsdiq edib: “ASAN Xidmət" korrupsiya ilə mübarizə sahəsində uğurlu modeldir. Dünya ölkələri korrupsiyaya qarşı mübarizə ilə bağlı model fikirləşir. Azərbaycan, artıq bu modeli tətbiq edir. Elektronlaşma dövlətin prioritet sahələrindən biridir. Bundan başqa, “ASAN Kommunal Mərkəzi”nin də yaradılması planlaşdırılır".
İ.Kərimov qeyd edib ki, indiyədək səyyar avtobuslarla 1 milyon vətəndaşın müraciətinə baxılıb.
O vurğulayıb ki, vətəndaşlara xidmət üçün “ASAN qatar” sisteminin yaradılması nəzərdə tutulub.