Bakı. 1 mart. REPORT.AZ/ "ASAN xidmət"in Azərbaycan vətəndaşlarına viza verməsi üçün ilkin danışıqlar aparılır".
"Report məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, "ASAN xidmət" Azərbaycan vətəndaşlarına viza verməsi məsələsi "ASAN viza" 2 konsepsiyası əsasında hazırlanıb: "Məqsəd odur ki, vahid platformada Azərbaycan vətəndaşları müraciət edərək vizaların alınması üçün xarici ölkələrin Azərbaycandakı konsulluqlarından viza əldə edə bilsinlər. Bu bizim həmin ölkələrin konsulluq xidmətləri ilə əməkdaşlığımızdan asılıdır. Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Ümid edirik ki, pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ ilkin danışıqlar gedir. Yekun danışıqlardan sonra zaman müəyyən olunacaq".