Yuxarı

İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu gün kirayə pulu veriləcək

İcra Hakimiyyəti: Bayıl sürüşmə zonasından köçürülən 67 ailəyə bu gün kirayə pulu veriləcək
Şöbə müdiri bildirib ki, Bayıl sürüşmə zonasından köçürülən 67 ailə kirayə pulu almaq üçün sənədlərini təqdim edib
© Report/ Elchin Murad

Bakı. 20 fevral. REPORT.AZ/ "Bayıl sürüşmə zonasından köçürülən sakinlər bu gündən etibarən kirayə pullarını ala bilərlər".

Bunu "Report"a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.

O bildirib ki, Bayıl sürüşmə zonasından köçürülən 67 ailə kirayə pulu almaq üçün sənədlərini təqdim edib: "Sənəd təqdim edən şəxslərə bu gün kartlar veriləcək. Kartı olan şəxs banka gedib onun hesabına köçürülən məbləği ala bilər".

Şöbə müdiri qeyd edib ki, qalan şəxslərə də sənədlərini təqdim etmələri ilə bağlı dünən xəbərdarlıq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi