Hökumət notariuslara bəzi istiqamətlər üzrə operativlik öhdəliyi qoyub

Hökumət notariuslara bəzi istiqamətlər üzrə operativlik öhdəliyi qoyub Nazirlər Kabineti notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatda dəyişiklik edib
Sosial müdafiə
7 Yanvar , 2015 10:31
Hökumət notariuslara bəzi istiqamətlər üzrə operativlik öhdəliyi qoyub

Bakı. 7 yanvar. REPORT.AZ/ Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a dəyişiklik edib. “Report” xəbər verir ki, dəyişiklik dövlət notariusları və xüsusi notariuslar tərəfindən “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatları Daxili İşlər Nazirliyinə (DİN) göndərilməsi ilə əlaqədardır.

Belə ki, indiyədək həmin müddət üç gün idi. Dəyişikliklə müddət bir günə endirilib.

Beləliklə, dövlət notariusları və xüsusi notariusları “Elektron notariat” informasiya sisteminə daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə bir gün müddətində DİN-ə göndərməlidir.

Son xəbərlər

Orphus sistemi