Yuxarı
    Bağlamaq

    ​Hicran Hüseynova: "Bəzi rayonlarda hələ də erkən nikahların sayı azalmır"

    2013-cü ildə 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2 855 olub

    Bakı. 5 mart. REPORT.AZ/ "Qızların təhsildən yayınması, erkən yaşda ailə qurmağa vadar edilməsi hüquqlarının pozulması, fiziki və psixoloji problemlərə məruz qalmaları cəmiyyəti narahat edən məsələlərdəndir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) erkən nikahlarla bağlı həm tədqiqat, həm də maarifləndirmə kampaniyaları aparır. Bu istiqamətə qanunvericilik bazasının təkmilləşdirilməsi və maarifləndirici işlərin aparılması öz müsbət nəticəsini verir". "Report" xəbər verir ki, bunu AQUPDK-nin sədri Hicran Hüseynova YAP-ın rəsmi səhifəsinə verdiyi müsahibədə bildirib.

    Onun sözlərinə görə, Azərbaycanda 2011-ci ildə erkən nikahların sayı 5 138 nəfər olub: "2012-ci ildə bu göstərici 295, 2013-cü ildə isə 229 erkən nikah faktı qeydə alınıb. 2012-ci ildə 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaşın müəyyən olunmasıdır".

    H.Hüseynova deyib ki, 15-17 yaşlı gənc qadınlar tərəfindən doğulan uşaqların sayı 2011-ci ildə 4 392, 2012-ci ildə 3 236, 2013-cü ildə isə 2 855 olub: "Təəssüf ki, bəzi rayonlarda, hələ də erkən nikahların sayı azalmır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi