"Azərbaycanda qadınlar çox zaman zorakılığa məruz qalmalarına göz yumurlar. Çünki onlar iqtisadi baxımdan kişidən asılıdırlar və buna görə də onlar boşandıqları təqdirdə tək qalacaqlarını və problemlərini həll edə bilməyəcəklərini düşünürlər".
"Report" xəbər verir ki, bu fikirləri
O, Azərbaycanda sığınacaqların artırılmasının zəruri olduğunu bildirib: "Azərbaycanda sığınacaqların sayı artırılmalıdır. Biz bir neçə dəfə bu məsələni qaldırmışıq. Beynəlxalq təcrübə göstərir ki, sığınacaqlar təkcə dövlət qurumlarının yanında deyil, həm də bələdiyyə sistemlərinin nəzdində də yaranmalıdır. Ölkədə zorakılığa məruz qalan qadınlara ayrılan vəsait üç dəfə çoxdur. Deməli, biz bununla da bəzi hallarda öz büdcəmizə zərər vururuq. Hesab edirəm ki, biz həm də profilaktik tədbirlərin aparılmasına vəsaitlər ayırmalıyıq və bunu gücləndirməliyik. Çünki belə olduğu halda zorakılıq hallarının qarşısı alınar".