Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib

Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.
Sosial müdafiə
155
22 Noyabr , 2019 12:11
Hicran Hüseynova Aliment Fondunun yaradılmasını təklif edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda Aliment Fondunun yaradılmasını təklif edib.

"Report" xəbər verir ki, o, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi kişilər boşandıqdan sonra aliment ödəməkdən yayınırlar: "Bizə müraciət edən qadınlar aliment almaqda çətinlik çəkdiklərini deyirlər. Ona görə də hesab edirəm ki, əgər kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır. Dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir. Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.

Son xəbərlər

Orphus sistemi