Yuxarı
    Bağlamaq

    Fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı yeni qaydada sığorta ediləcək

    Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib

    Bakı. 2 fevral. REPORT.AZ/ Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanun layihəsinə dəyişiklik edilib. "Report" xəbər verir ki, mövcud dəyişiklik qanun layihəsinin 23.1-ci maddəsinin yeni redaksiyada verilməsidir.

    Dəyişikliyə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" qanununa uyğun olaraq icbari qaydada sığorta etdirilir.

    Xatırladaq ki, dəyişiklikdən öncə fövqəladə hallar orqanları əməkdaşlarının həyatı və sağlamlığı dövlət büdcəsinin vəsaiti hesabına qanunvericiliyə uyğun olaraq icbari sığorta edilməsi qeyd olunurdu.

    Qanun layihəsinə dəyişiklik səsverməyə qoyularaq qəbul edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi