Yuxarı

Fikrət Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək

Fikrət Məmmədov Hacıqabulda vətəndaşları qəbul edəcək
Ədliyyə naziri Fikrət Məmmədov

Bakı. 27 avqust. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov avqustun 31-də Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Hacıqabul, Şirvan və Kürdəmir rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşlar qəbula Şirvan regional ədliyyə idarəsi (ünvan: Şirvan şəhəri, F.Eynullayev küçəsi, 17, əlaqə telefonu: (02121) 5-15-66, 5-67-27, (055) 420-75-95, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Hacıqabul rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektrona qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına müraciət etmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi