Yuxarı
    Bağlamaq

    ​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdədə vətəndaşlarla görüşəcək

    Qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarının sakinləri iştirak edə bilər

    Bakı. 18 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov fevralın 21-də Bərdə şəhərində vətəndaş qəbulu keçirəcək.

    Komitədən "Report"a verilən məlumata görə, qəbulda Bərdə, Tərtər, Ağdam, Goranboy, Naftalan, Xocavənd, Laçın rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində keçiriləcək.

    Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və nömrələrlə (012) 490 24 08 (daxili 105, 102 və 349), (02020) 5 56 05) əlaqə saxlaya bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi