Nazirlik: "Aşkarlanan nöqsan və qanunsuzluqlar 2013-2018-ci illərə aiddir"

Nazirlik: "Aşkarlanan nöqsan və qanunsuzluqlar 2013-2018-ci illərə aiddir" Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb.
Sosial müdafiə
10 Fevral , 2022 17:44
Nazirlik: Aşkarlanan nöqsan və qanunsuzluqlar 2013-2018-ci illərə aiddir

"Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin məlumatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən yoxlamalar 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib".

Bu barədə "Report"a ƏƏSMN-dən məlumat verilib.

"Dövlət Maliyyə Nəzarəti Xidmətinin bugün yaydığı hesabatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Aparatında və onun tabeliyində olan 28 qurumda həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də açıqlanıb. Bununla bağlı media sorğularına cavab olaraq bildiririk ki, adıçəkilən qurumun nazirliklə bağlı həmin yoxlamaları 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrü əhatə edib. Aşkar olunan nöqsan və qanunsuzluqlar da 2013-2018-ci illərə aiddir", - nazirlikdən qeyd edilib.

Qeyd edək ki, 2013-cü ilin oktyabrından 2018-ci ilin aprel ayına qədərki dövrdə əmək və halinin sosial müdafiəsi naziri Səlim Müslümov olub. O, hazırda həbsdədir,

Son xəbərlər

Orphus sistemi