Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir Bundan sonra müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanacaq
Sosial müdafiə
12 May , 2017 12:51
Əmək müqavilələrinin müddəti dəyişdirilir

Bakı. 12 may. REPORT.AZ/ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub.

“Report”un məlumatına görə, dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq.

Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir. 

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

Son xəbərlər

Orphus sistemi