Əmək Məcəlləsində müharibə veteranlarına güzəştlərin edilməsi üçün dəyişikliklər hazırlanıb

Əmək Məcəlləsində müharibə veteranlarına güzəştlərin edilməsi üçün dəyişikliklər hazırlanıb Əmək Məcəlləsində Vətən müharibəsi veteranlarına müəyyən güzəştlərin edilməsi üçün dəyişikliklər təklif edilib.
Sosial müdafiə
11 Fevral , 2022 12:03
Əmək Məcəlləsində müharibə veteranlarına güzəştlərin edilməsi üçün dəyişikliklər hazırlanıb

Əmək Məcəlləsində müharibə veteranlarına müəyyən güzəştlərin edilməsi üçün dəyişikliklər təklif edilib.

“Report” xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.

Onun sözlərinə görə, Məcəllədə veteranlar üçün bəzi imtiyazların edilməsi nəzərdə tutulur:

“İşəgötürənlər ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslərin seçimi zamanı müharibə iştirakçılarına üstünlük verməlidir. Eyni zamanda ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Bilirik ki, əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində müharibə veteranlarına məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib. "Veteranlar haqqında" qanunun 3-cü maddəsində "müharibə veteranı" anlayışı verilib. Həmin anlayışa əsasən kimlər müharibə veteranı sayılırsa, onların hər birinə qeyd olunan güzəştlər şamil ediləcək”.

Son xəbərlər

Orphus sistemi