BMT rəsmisi: "Əmək bazarında müəyyən dəyişikliklər edilməlidir"

Sosial müdafiə
  • 23 yanvar, 2019
  • 08:43
BMT rəsmisi: Əmək bazarında müəyyən dəyişikliklər edilməlidir
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai
Report/ Elchin Murad

Bakı. 23 yanvar. REPORT.AZ/ "Əmək bazarında müəyyən dəyişikliklər edilməli, xarici investorlar və digər aidiyyəti qurumlar bir araya gəlməlidirlər".

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai "Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, biznes sektoru da gənclərin sahəsinə öz töhfəsini verməlidir: "Özəl sektorlar öz ehtiyaclarını düzgün qurmalıdırlar. Bununla yanaşı, işçilər üçün düzgün şəraitin yaradılması, rəqabətliliyinin artırılması əsas hədəf olmalıdır".

Q.İsaqzai bildirib ki, sosial partnyorlar müəyyən platforma yaratmalıdırlar: "Sosial partnyorlar müəyyən inklüzivliyi aradan qaldırılmalıdırlar: "Əmin olmaq istərdim ki, Azərbaycan dövləti öz öhdəliklərini yerinə yetirməklə dayanıqlı inkişafa nail olacaq".

44 filmi