Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək Qəbul noyabrın 25-də keçiriləcək
Sosial müdafiə
23 Noyabr , 2016 14:04
Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
Report

Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən noyabrın 25-də Yevlax rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda Yevlax, Bərdə rayonlarında və Mingəçevir şəhərində yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul Yevlax şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: Yevlax şəhəri, Nizami küçəsi, 61) keçiriləcək.

Qeyd edək ki, vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020) 5-16-53, (051) 958-50-69), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, həmçinin Yevlax şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi