Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib
Sosial müdafiə
26 May , 2017 15:48
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib

Bakı. 26 may. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov Tovuz rayonu Olimpiya İdman Kompleksində Tovuz, Şəmkir, Gədəbəy və digər ərazilərdən olan vətəndaşları qəbul edib.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl nazir və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Səfər zamanı ədliyyə naziri həmçinin, yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, bölgənin hakimləri və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Nazir ölkə başçısının bu ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.

Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Son xəbərlər

Orphus sistemi