Yuxarı

Ədliyyə naziri Şəkidə vətəndaşları qəbul edəcək

Qəbulda ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq

Bakı. 20 oktyabr. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən oktyabrın 23-də Şəki şəhərində vətəndaşların qəbulu keçiriləcək. Bu barədə “Report”a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbulda Şəki, Oğuz və Qax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Qəbul saat 11:00-da Şəki regional ədliyyə şöbəsində (ünvan: Şəki şəhəri, 20 yanvar küçəsi, bina 94) keçiriləcək.

Vətəndaşlar qəbula Şəki regional ədliyyə şöbəsi (əlaqə telefonu: (02424) 4-32-18), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi