Yuxarı

​Ədliyyə naziri Şabran rayon ictimaiyyəti ilə görüşüb

Vətəndaşları maraqlandıran suallar cavablandırılıb

Bakı. 3 fevral. REPORT.AZ/ Ədliyyə naziri Fikrət Məmmədov bu gün Şabran rayonu Mədəniyyət Mərkəzində ictimaiyyət nümayəndələri ilə görüş keçirib. "Report" xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin üzvü Tahir Süleymanov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar və yerli sakinlər iştirak ediblər.

Tədbirdə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizin hərtərəfli dinamik tərəqqisini, regionlarda, o cümlədən Şabran rayonunda geniş quruculuq-abadlıq işlərinin, sosial infrastruktur layihələrinin uğurla həyata keçirildiyini qeyd edib, xalqımızın rifahı naminə yaradılmış möhkəm iqtisadi potensialın bu gün dövlətimizin iqtisadi təhlükəsizliyini təmin etdiyini, onu böhranın təsirindən qoruduğunu vurğulayıb.

Rayon İcra hakimiyyətinin başçısı N.Novruzov ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq rayonda aparılan genişmiqyaslı işlər, habelə insanların rifahının yaxşılaşdırılması üzrə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Çıxış edən ictimaiyyət nümayəndələri dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərini və digər qətiyyətli addımlarını yüksək dəyərləndirdiklərini vurğulayıb, ölkəmizdəki ictimai-siyasi sabitlikdən, əmin-amanlıqdan razılığını bildiriblər.

Sonda vətəndaşları maraqlandıran suallar cavablandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi