​Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edib

​Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edib Nazir qəbuldan sonra hakimlər və ədliyyə işçiləri ilə də görüşüb
Sosial müdafiə
16 Mart , 2016 16:48
​Ədliyyə naziri Neftçalada vətəndaşları qəbul edib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün ədliyyə naziri Fikrət Məmmədov Neftçala rayonu Heydər Əliyev Mərkəzində Neftçala, Salyan və Biləsuvar rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.

Bu barədə "Report"a Ədliyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Gün ərzində aparılan qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

Səfər zamanı ədliyyə naziri yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə görüşərək ölkə prezidentinin korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına ciddi riayət olunması ilə bağlı tələblərini diqqətə çatdırıb, aidiyyəti tövsiyə və tapşırıqlarını verib.

Son xəbərlər

Orphus sistemi