Ədliyyə naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək Qəbul martın 29-da təşkil olunacaq
Sosial müdafiə
27 Mart , 2017 14:41
Ədliyyə naziri Beyləqan rayonunda vətəndaşları qəbul edəcək

Bakı. 27 mart. REPORT.AZ/ Martın 29-da ədliyyə naziri Fikrət Məmmədov tərəfindən Beyləqan rayonu Heydər Əliyev Mərkəzində Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarında yaşayan vətəndaşların qəbulu keçiriləcək.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, vətəndaşlar qəbula İmişli regional ədliyyə idarəsi (ünvan: İmişli şəhəri, S.Qazıyeva küçəsi, bina 12a; əlaqə telefonu: (02124) 6-26-94, 050 449-59-57), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Beyləqan rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Son xəbərlər

Orphus sistemi