DSMF-nin investisiya fəaliyyəti üçün şura və komitə yaradılacaq

DSMF-nin investisiya fəaliyyəti üçün şura və komitə yaradılacaq "Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Hazırda İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması
Sosial müdafiə
18 May , 2023 17:32
DSMF-nin investisiya fəaliyyəti üçün şura və komitə yaradılacaq

"Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) investisiya fəaliyyətinin həyata keçirilməsi qaydaları təsdiqlənib. Hazırda İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnaməsinin təsdiqi və bu sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir".

"Report"un xəbərinə görə, bunu DSMF-nin sədri Himalay Məmişov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tərəfindən təsdiqlənən həmin qaydalarda investisiyanın ediləcəyi istiqamətlər müəyyənləşib: "Burada xüsusi diqqət yetirilməli məqam ondan ibarətdir ki, hər iki fondun investisiyalarını yatıracağı istiqamətlər maksimum dövlət zəmanəti ilə təmin olunmuş istiqamətlərdir. Çünki hər hansı bir risk olmamalıdır. İnvestisiya istiqamətləri qaydalarda müəyyən olunduğu kimi dövlət qiymətli kağızlarına və istiqrazlarına, Mərkəzi Bankın istiqrazlarına, sistem əhəmiyyətli banklarda depozitlərin yerləşdirilməsinə, eləcə də sadaladığımız qiymətli kağızlardan istifadə etməklə repo və əks-repo əməliyyatlarına yönəltmədən ibarət olacaq".

DSMF sədri bildirib ki, investisiyadan əldə olunan gəlirlər də pensiya, sosial təminat sahəsində islahatların həyata keçirilməsinə və sürətləndirilməsinə sərf olunacaq: "Bu il həmin istiqamətlər üzrə investisiyaların qoyulması nəzərdə tutulur. Hazırda bununla bağlı hazırlıq işləri həyata keçirilir. İnvestisiya Şurası və İnvestisiya Komitəsinin yaradılması, onların əsasnaməsinin təsdiqi və bu sahədə sistemli işin həyata keçirilməsi məqsədilə investisiya sənədinin hazırlanması istiqamətində iş gedir. Proses yekunlaşdıqdan sonra ilin ortalarına yaxın investisiyaların yerləşdirilməsi istiqamətində tədbirlər həyata keçiriləcək".

Son xəbərlər

Orphus sistemi