DMX Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

DMX Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.
Sosial müdafiə
13 Fevral , 2018 18:54
DMX Qanunsuz Miqrantların Saxlanılması Mərkəzi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Bakı. 13 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər nəticəsində ölkədə qeyri-qanuni yaşadıqları aşkar edilmiş və Xidmətin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirlimiş Hindistan vətəndaşlarının saxlanma şəraiti barədə bəzi xəbər saytlarında həqiqətə uyğun olmayan məlumatlar dərc edilib.

"Report" xəbər verir ki, bununla bağlı mətbuat nümayəndələri Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə dəvət ediliblər. 

Mətbuat nümayəndələri Mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, adından məlumat yayılmış Hossain Abdulla ilə görüşub və ondan müsahibə götürüblər.

Dövlət Miqrasiya Xidməti olaraq bəyan edirik ki, Hindistan vətəndaşları Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 6 nəfər olmaqla saxlanırlar. Onlar gündə üç dəfə normal qida ilə təmin edilirilər və xidmət personalından hər hansı şikayətləri yoxdur.

Ümumiyyətlə, Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərində yaradılmış şərait beynəlxalq standartlara tam cavab verir və bu mərkəzlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uliyam Leysi Svinq Azərbaycana səfəri zamanı bu mərkəzlərdə yaradılmış şəraiti çox yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi