Bu il əhaliyə ödənilən pensiya və sosial yardımların məbləği açıqlanıb

Bu il əhaliyə ödənilən pensiya və sosial yardımların məbləği açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd.188 mln. manat vəsait ödəyib.
Sosial müdafiə
13 May , 2022 14:06
Bu il əhaliyə ödənilən pensiya və sosial yardımların məbləği açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 milyard 188 milyon manat vəsait ödəyib.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8 faiz və ya 162,5 milyon manat çoxdur.

Xatırladaq ki, sosial islahatların yeni mərhələsi kimi, bu ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin olunub.

Son xəbərlər

Orphus sistemi