Yuxarı

​Bu il doğulan körpələrə daha çox hansı adların verildiyi açıqlanıb - SİYAHI

Oğlanlara Yusif, qızlara Nuray adı daha çox verilib

Bakı. 28 yanvar. REPORT.AZ / Bu ilin ərzində uşaqlara verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, bu ilin ötən dövrü ərzində oğlan uşaqlarına qoyulan adlar arasında ilk beşliyi Yusif (24), Hüseyn (21), Əli (20), Ömər (15) və Məhəmməd (13) adları tutub.

Doğulan qız uşaqlarına isə daha çox Nuray adı verilib. Bu ilin ötən müddəti ərzində qız adlarının ilk beşliyində Nuray (27), Zəhra (22), Zeynəb (19), Fatimə (17), Məryəm (17) adları yer alıb.

Bundan başqa, qız adları arasında Dəniz, Aylin, Ayan, Mələk, Səma, oğlan adları arasında isə, Ayxan, Murad, Emil, Tunar, Ümid, İbrahim və Raul adları üstünlük təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi