Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar məlum olub

Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar məlum olub Yusif və Zəhra adı ilk sıralarda qərarlaşıb
Sosial müdafiə
27 İyun , 2015 15:29
Bu il Azərbaycanda uşaqlara qoyulan ən populyar adlar məlum olub

Bakı. 27 iyun. REPORT.AZ/ Ədliyyə Nazirliyi bu il Azərbaycanda doğulan uşaqlara qoyulan ən populyar adların statistikasını açıqlayıb. Ədliyyə Nazirliyindən "Report"a bildirilib ki, iyunun 27-nə olan rəsmi məlumata əsasən, 2015-ci ildə dünyaya gələn körpələrə qoyulan adlar arasında Yusif adı birinci yerdədir. 

Statistikaya əsasən, bu il 1377 oğlan uşağına Yusif adı qoyulub. Sonrakı yerləri Əli (1000), Hüseyn (951), Murad (638), Məhəmməd (615) adları tutub.

2015-ci ilin populyar qız adlarına gəlincə, yeni doğulan 1356 körpəyə Zəhra adı qoyulub. Sonrakı yerlərdə Nuray (1014),  Fatimə (899), Aylin (717),  Zeynəb (672), Ayan (618) adları gəlir. 

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanda doğulan oğlanlara ən çox Yusif adı qoyulub (3967 nəfər). Qızlara verilən adlar siyahısında isə Zəhra birinci yerdə gəlib (3608 nəfər).

Son xəbərlər

Orphus sistemi