Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb

Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda bu il qeydə alınan ölümlərin sayı açıqlanıb.
Sosial müdafiə
17 Noyabr , 2018 11:05
Bu il Azərbaycanda qeydə alınan ölüm, nikah və boşanmaların statistikası açıqlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Azərbaycanda bu il qeydə alınan ölümlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, cari ilin doqquz ayı ərzində ölkədə 43640 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 təşkil edib.

Bu ilin yanvar-sentyabr ayları ərzində qeydiyyat şöbələri tərəfindən 45977 nikah və 11102 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,3, boşanmaların sayı isə 1,5 olub.

2018-ci ilin yanvar-sentyabr aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2594 nəfər gələn, Azərbaycandan isə 1165 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 1429 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi