Bu il Azərbaycanda 1238 əkiz, 45 üçəm doğulub

Bu il Azərbaycanda 1238 əkiz, 45 üçəm doğulub Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66 166 doğulan körpə qeydə alıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
Sosial müdafiə
16 Avqust , 2018 10:09
Bu il Azərbaycanda 1238 əkiz, 45 üçəm doğulub

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri 66 166 doğulan körpə qeydə alıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.

Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. 

Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür. Bioloji norma isə 105-107 təşkil edir.

Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Son xəbərlər

Orphus sistemi